Xəbərlər
Qobustan rayonunda 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü

Qobustan rayonunda 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qobustan Rayon Komitəsi tərəfindən 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar təhsil işçiləri ilə keçirilən görüşlər çərçivəsində növbəti tədbirlər Qobustan rayon Mübariz Sahibov adına Ərəbqədim kənd tam orta ümumtəhsil məktəbi, Rauf Babaşov adına Cəmcəmli kənd tam orta ümumtəhsil məktəbi və Xilmilli kənd tam orta ümumtəhsil məktəbində təşkil olundu.
Tədbirdə ETİHİ Qobustan Rayon Komitəsinin əməkdaşları, məktəbin direktoru və məktəbin müəllim kollektivi iştirak etdi.
Çıxış edənlər müəllimləri peşə bayramı münasibətilə təbrik edib, müəllim əməyinin cəmiyyətin inkişafında, savadlı və vətənpərvər nəslin yetişdirilməsində əvəzsiz rolundan söz açdılar.
Qobustanda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd edildi.

Qobustanda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd edildi.
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə Qobustan rayonu Ə. İbrahimov adına Nabur kənd tam orta ümumtəhsil məktəbinin pedaqoji kollektivi ilə görüş keçirildi.
Görüşdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Beynəlxalaq əlaqələr şöbəsinin müdiri Qonçə Hacıyeva çıxış edərək ETİHİ Respublika Komitəsinin rəhbərliyinin bayram təbriklərini təhsil işçilərinə çatdırdı, müəllim əməyinin cəmiyyətin inkişafında və gələcək nəslin formalaşmasında mühüm rolunu vurğuladı.
Milli Məclisin deputatı Şahin Seyidzadə, Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə Güləliyeva , Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir müavini Rahim Novruzov çıxış edərək müəllimlərə böyük məsuliyyət, səbir və fədakarlıq tələb edən şərəfli işlərində uğurlar arzuladılar.
1 Oktyabr – Beynəlxalq Ahıllar Günündə əməkdar müəllim Əhməd Seyidəhmədovla görüş keçirildi.
1 Oktyabr – Beynəlxalq Ahıllar Günündə əməkdar müəllim Əhməd Seyidəhmədovla görüş keçirildi.
1 Oktyabr – Beynəlxalq Ahıllar Günündə Qobustan rayon Sündü kəndində təqaüddə olan Əməkdar müəllim Əhməd Seyidəhmədovla görüş keçirildi.
Görüşdə iştirak edənlər Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Qonçə Hacıyeva , Milli Məclisin deputatı Şahin Seyidzadə, Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə Güləliyeva , Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir müavini Rahim Novruzov , Qobustan rayonu üzrə təhsil sektorunun müdiri Anar Osmanov ömrünün 50 ilini pedaqoji fəaliyyətə həsr edən Əhməd müəllimi təbrik edib onun zəngin təcrübəsi, fədakarlığı və gənc nəslin yetişdirilməsindəki xidmətlərinin hər zaman ehtiramla xatırlandığını vurğuladılar.
Onun müəllimliyə bağlılığı, maarifçilik fəaliyyəti və qazandığı uğurların gələcək nəsillər üçün dəyərli nümunə olduğu qeyd edildi.
Əhməd müəllimə möhkəm cansağlığı, uzun ömür və hər zaman doğmalarının əhatəsində xoş günlər arzulayırıq.
Qobustan rayonunda müəllimin 65 illik yubileyi qeyd edildi.

Qobustan rayonunda müəllimin 65 illik yubileyi qeyd edildi.
Qobustan şəhər 3 nömrəli ümumtəhsil məktəbin müəllimi Qasımova Sədaqət Soltanəli qızının 65 illik yubileyi qeyd edildi.
Yubiley tədbirində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qobustan Rayon Komitəsinin əməkdaşları və məktəb kollektivi iştirak etdi.
Çıxış edənlər yubilyarı təbrik edərək ona gələcək hayatında və fəaliyyətində uğurlar arzu etdilər.
Daha sonra Qasımova Sədaqət Soltanəli qızı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı
Qobustan Rayon Komitəsi tərəfindən təşəkkürnamə ilə təltif olundu.
Yubilyar çıxışında ona göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi.
Qobustan rayonunda məzunlarla görüş keçirildi

Qobustan rayonunda məzunlarla görüş keçirildi
Qobustan rayonunda ali məktəblərə yüksək balla qəbul olmuş məzunlarla, Respublika Fənn Olimpiadasının və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri ilə görüş keçirildi.
Tədbirdə iştirak edən Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov və Milli Məclisin deputatı Şahin Seyidzadə tələbə adını qazanan gəncləri təbrik edərək, uğurlar dilədilər.
Görüşdə vurğulandı ki, gənclərin əldə etdikləri yüksək nəticələr Qobustan rayonunda təhsilin inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin, müəllim və valideyn əməyinin mühüm göstəricisidir. Hər bir yüksək nəticə göstərən məzun bütövlükdə rayon üçün böyük qürur mənbəyidir.
Məzunlar qazandıqları uğurlardan, qarşıya qoyduqları məqsədlərindən və gələcək planlarından söz açaraq onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildilər.
Bütün məzunlarımızı bu əlamətdar nailiyyət münasibətilə təbrik edir, onla qarşıdakı təhsil və həyat yollarında yeni uğurlar, böyük nailiyyətlər arzulayırıq.
İnanırıq ki, bu gənclər gələcəkdə qazandıqları bilik və bacarıqları ilə ölkəmizin inkişafına öz dəyərli töhfələrini verəcəklər.
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.
Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.
Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.
Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.
ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib.
Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.
Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar
Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.
Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.
ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.
Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.
Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.
Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.
Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.
Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.
Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər
Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.
Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.
Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.
Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.
Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.
Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.
Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.
Yarışlar avqustun 30-dək davam edəcək.
Qobustan rayonunda təhsil işçilərinin sentyabr konfransı keçirildi

Qobustan rayonunda təhsil işçilərinin sentyabr konfransı keçirildi
27 avqust tarixində Qobustan rayonunda təhsil işçilərinin sentyabr konfransı keçirildi.
Konfransda Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir müavini Rahim Novruzov, Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Təranə Güləliyeva, Tədrisin keyfiyyəti sektorunun müdiri Cəmil Muradov, Qobustan rayonu üzrə təhsil sektorunun müdiri Anar Osmanov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qobustan Rayon Komitəsinin sədri Mahir Soltanov , məktəbdənkənar, məktəbəqədər və ümumi təhsil müəssisələrinin rəhbərləri və digər təhsil işçiləri iştirak etdilər.
İlk öncə konfransda çıxış edən iştirakçlar yeni tədris ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladılar.
Konfransda ötən tədris ilinin nəticələri nəzərdən keçirilib, məktəblərin fəaliyyət göstəriciləri və inkişaf etdirilməsi vacib olan istiqamətlər ətrafında müzakirələr aparıldı.
Həmçinin IV–VI siniflər üzrə keçirilmiş monitorinqlərin nəticələri, IX–XI siniflər üzrə buraxılış imtahanlarının göstəriciləri əvvəlki illərlə müqayisəli şəkildə təhlil edilərək, əldə olunan nəticələrin inkişaf dinamikası və qarşıda duran hədəflər müəyyənləşdirildi.
Yeni tədris ilində təhsil nəticələrinin yüksəldilməsi, məktəbdaxili qiymətləndirmənin səmərəli təşkili, şagirdlərlə məqsədyönlü işin gücləndirilməsi və məktəb idarəetməsinin təkmilləşdirilməsi əsas istiqamətlər kimi diqqətə çatdırıldı.
Qobustan şəhər 1 nömrəli tam orta məktəbin müəllimlərinin 65 illik yubileyi qeyd edildi

Qobustan şəhər 1 nömrəli tam orta məktəbin müəllimlərinin 65 illik yubileyi qeyd edildi
Qobustan şəhər A.O.Çernyayevski adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimləri Maxsudov Niyət Səftər oğlunun və Ədilova Elnaz Soltan qızının 65 illik yubileyi qeyd edildi.
Yubiley tədbirində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qobustan Rayon Komitəsinin əməkdaşları və məktəb kollektivi iştirak etdi.
Çıxış edənlər yubilyarları təbrik edərək onlara gələcək hayatlarında və fəaliyyətlərində uğurlar arzu etdilər.
Daha sonra Maxsudov Niyət Səftər oğlu və Ədilova Elnaz Soltan qızı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qobustan Rayon Komitəsi tərəfindən təşəkkürnamə ilə təltif olundular.
Qobustan şəhəri Elyar Vəliyev adına 2 nömrəli texniki və humanitar fənlər təmayüllü liseydə "Son Zəng" tədbiri keçirildi

Qobustan şəhəri Elyar Vəliyev adına 2 nömrəli texniki və humanitar fənlər təmayüllü liseydə "Son Zəng" tədbiri keçirildi
Qobustan şəhəri Elyar Vəliyev adına 2 nömrəli texniki və humanitar fənlər təmayüllü liseydə 2025/2026-cı tədris ilinin "Son Zəng" tədbiri keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Bu əlamətdar gündə Qobustan Rayonu üzrə Təhsil Sektorunun müdiri Anar Osmanov, ETİHİ Qobustan Rayon Komitəsinin sədri Mahir Soltanov, şəhid valideynləri, liseyin müəllimləri və valideynlər məzunlarımızın yanında olaraq onların sevincini və həyəcanını bölüşdülər.
Çıxış edənlər məzunları təbrik etdilər, onlara gələcək həyat yollarında, ali məktəbə qəbul imtahanlarında uğurlar arzuladılar və müstəqil Azərbaycanın layiqli vətəndaşları olacaqlarına əminliklərini bildirdilər.
Tədbir şagirdlərin hazırladıqları maraqlı bədii kompozisiyalar, şeirlər və musiqi nömrələri ilə davam etdi.
Qobustan rayonunda " Heydər Əliyev və Yeni Azərbaycan " adlı tədbir keçirildi

Qobustan rayonunda " Heydər Əliyev və Yeni Azərbaycan " adlı tədbir keçirildi
Qobustan Gənclər Evində Qobustan Rayon İcra Hakimiyyətinin, YAP Qobustan rayon təşkilatının, DŞRT-nin Qobustan rayonu üzrə Təhsil sektorunun və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qobustan Rayon Komitəsinin birgə təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq ili " çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş " Heydər Əliyev və Yeni Azərbaycan " adlı tədbir keçirildi.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş "Heydər Əliyev və Yeni Azərbaycan" adlı filmə baxıldı.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov, Qobustan rayonu üzrə Təhsil sektorunun müdiri Anar Osmanov, ETİHİ Qobustan Rayon Komitəsinin sədri Mahir Soltanov,Təklə Mirzəbaba kənd tam orta məktəbinin müəllimi Çinarə Abuzərova və canlı əfsanə, "Vətən Müharibəsi Qəhrəmanı" Mirdamət Bağıyevin atası Səristan Bağıyev çıxış etdilər.
Çıxışlar bitdikdən sonra partiya fəalı, uzun illər Poladlı kənd tam orta məktəbinin direktoru olmuş Ağamahmud İsmayılov 80 illik yubileyi münasibətilə YAP Qobustan rayon təşkilatının Fəxri Fərmanı və qiymətli hədiyyəsiylə mükafatlandırıldı.
Təhsildə qazandığı nailiyyətlərə görə 4 nəfər müəllim, Vüsalə Hüseynova, şagirdi Şəhrizad Cavadlı Respublika fənn olimpiadalarında (RFO) Tarix fənni üzrə qızıl medal qazandığına, Vəfa Əhmədova şagirdi Arzu Ağayeva RFO-da Azərbaycan dili fənni üzrə gümüş medal qazandığına, Altay Əmirov rəhbərliyi ilə komandası ,,Şahin,, idman oyunlarında I yerə layiq görüldüyünə, Dilarə İsmayılova şagirdi Ələddin Səfərli " Ən yaxşı təqdimat" müsabiqəsində II yerə layiq görüldüyünə görə Elm və Təhsil İşçiləri Həmkarlat İttifaqı Qobustan Rayon Komitəsinin hədiyyəsi və təşəkkürnaməsi ilə mükafatlandırıldılar.


